Hərbi birliklər Moskvanın mərkəzinə toplaşdı - VİDEO

Moskvadakı Qırmızı Meydanda İkinci Dünya müharibəsində qələbənin 78-ci ildönümü ilə bağlı hərbi parad başlayıb.

Metbuat.az xəbər verir ki, paradda Rusiya ordusunun müxtəlif birlikləri iştirak edir. Ümumilikdə pardda 10 mindən çox insan və 125 ədəd müxtəlif növ silah və texnika iştirak edir. Tədbirdə Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistan baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Raxmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və digər qonaqlar iştirak edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR