Rusiya artıq məğlub oldu - Borell

“Ukrayna hələ qalib gəlməyib, amma Rusiya bu müharibəni artıq uduzub”.

Metbuat.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell belə açıqlama verib. O “Avropa Müdafiə və Təhlükəsizlik Sammiti”ndə bildirib ki, Rusiya ordusu Kiyevi bir neçə həftəyə almağa çalışsa da bacarmayıb.

“Bacarmadılar, geri çəkildilər. Baxmutu da ala bilmədilər. Rusiya artıq bu müharibəni uduzdu. Ukrayna hələ qalib gəlməyib, amma Rusiya açıq-aşkar hərbi cəhətdən məğlub olub” - Borell deyib.

Avropa İttifaqının Ukraynaya dəstəyinin müharibənin uzanmasına səbəb olması ilə bağlı tənqidlərə cavab verən Borrell, "Bəli, Ukrayna özünü müdafiə etdiyi üçün müharibə uzanır. Onlar başa düşmürlər ki, əgər Ukraynanı dəstəkləməyi dayandırsaq, Ukrayna azad bir ölkə kimi ölkə xəritədən silinəcək” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR