Normal geyimdə getsəydik, effekt verməyəcəkdi - Təmsilçilərimiz

Bu il ölkəmizi “Avroviziya” təmsil edən, lakin finala keçə bilməyən Tural və Turan Bağmanovlar obrazları barədə danışıblar.

Metbuat.az xəbər verir ki, onlar “OLAY”a müsahibələrində fərqlənmək istədiklərini, geyimlərini çox sevdiklərini deyiblər:

“Öz adımızdan danışsaq, biz o geyimi o qədər sevdik ki... Xalıdakı geyimimiz səhnə geyimimizdən də gəşəng idi. Saç, makiyaj – ümumilikdə hər şey çox yaxşı idi. Bu, incəsənətdir. Biz ora normal geyimdə getsəydik, heç bir effekti olmayacaqdı. Heç Azərbaycanda modanın gözəl olmasından xəbərləri olmayacaqdı. Amma indi deyirlər ki, görün Azərbaycanda nələr baş verir? Yarışa gəldikdə isə niyə mən hansısa ölkədən arxada qalmalıyam?”

Daha ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR