​ABŞ vasitəçilikdə israrlı görünür: Ermənistana təzyiqlər arta bilər

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışığını vacib addım kimi qiyməltəndirib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə görüş zamanı tərəflər bir neçə vacib sualları müzakirə etmək, bir-birinin nəzər nöqtəsini görmək imkanı qazanıblar. V. Patel problemin sülh yolu ilə həllinə inamını ifadə edib.

Siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Cənubi Qafqazda fəallaşan ABŞ və Rusiya sülh müqaviləsinin öz moderatorluğu ilə imzalanmasına çalışır.

"Vaşinton Moskvaya nisbətən sülh müqaviləsində daha maraqlıdır. Çünki Rusiyadan fərqli olaraq ABŞ-ı düşündürən daha çox iqtisadi məsələlərdir. Ağ Ev Cənubi Qafqazdakı iqtisadi maraqlarının reallaşması üçün regionda təhlükəsizliyin təmin olunması, həmçinin nəqliyyat-kommunikasiya xətlərinin açılması vacibdir. Bu mənada ABŞ-ın danışıqlar istiqamətindəki təşəbbüskarlığı başa düşüləndir. Rusiya bütün imkanları ilə ehtimal edilən sülh müqaviləsinə mane olmaq istəyir. Amma Vaşinqton israrlı görünür. V. Patelin söylədikləri məhz bu israrın təzahürü kimi qiymətləndirilməlidir".

Kənan Novruzov qeyd etdi ki, yəqin ki, ABŞ-ın səyləri bundan sonra da davam edəcək.Ekspert hesab edir ki, rəsmi Bakı yaranan hazırkı situasiyadan istifadə etməlidir. Ən azından ona görə, bu cür cəhdlər ehtimal Moskvanı neytrallaşdırır.

"Gələcəkdə ABŞ-la Rusiya arasında gərginlik daha da arta bilər. Rəsmi Bakı isə bu böhranı fürsətə çevirməli, öz maraqları naminə istifadə etməlidir. Həmçinin Vaşinqtonun İrəvana da təzyiqini artırması və Moskva təhlükəsi ilə onu hədələməsi mümkündür. Sadə dillə desək, ABŞ Ermənistana deyə bilər ki, mənim söylədiklərimi etməyəcəksənsə, mən də səni Rusiyaya qarşı tək qoyacam. Bu mənada Ermənistanın işi getdikcə çətinləşir. Rəsmi İrəvan 2, hətta 3 stulda oturmağa dava etdikcə baş nazir Nikol Paşinyanın həm hakimiyyəti, həm də həyatı təhlükə altında olacaq. Hökumət başçsısı bunları unutmamalı və reallıqları nəzərə almalıdır",-deyə K.Novruzov qeyd edib.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR