Azərbaycana yalnız bu 3 ölkə səs verib - “Avroviziya 2023”

Azərbaycan "Eurovision-2023”də 37 ölkə arasında 34-cü sırada qərarlaşıb.

Metbuat.az xəbər verir ki, müsabiqədə ölkəmizin topladığı xal da müəyyənləşib.

Belə ki, Tural və Turan Bağmanovlara yalnız üç ölkə - Xorvatiya, İsrail və Latviya xal verib. Latviya 2, Xorvatiya və İsrail isə hər biri ayrılıqda 1 xalla təmsilçilərimizi qiymətləndirib. Əkizlər ümumilikdə cəmi 4 xal toplayıb və 34-cü yerə çıxıb.

Qeyd edək ki, ötən gün İsveçin qalib olduğu müsabiqədə ölkəmiz 12 xal İsrailə, 10 xal İsveçə, 8 Albaniyaya, 7 xal İspaniyaya, 6 xal İtaliyaya, 5 xal Avstraliyaya, 4 xal İsveçrəyə, 3 xal Finlandiyaya, 2 xal Ukraynaya, 1 xal Estoniyaya verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR