Şəhid anası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Qismət Qardaşxanovun anası vəfat edib.

Metbuat.az xəbər verir ki, şəhidin anası Mərziyə Qardaşxanova may ayının 12-də xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Qismət Qardaşxanov 2020-ci ilin oktyabrında Füzuli istiqamətində şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR