Xudayarın ailəsinə ağır itki üz verdi - FOTO

Şəhid Xudayar Yusifzadənin ailəsinə ağır itki üz verib.

Metbuat.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, Vətən müharibəsi şəhidi Xudayarın babası Şimşad Şikar oğlu Məmmədov vəfat edib.

""Xudayarı hər gün yuxuda görürəm", deyirdi Şimşad baba... Onun yoxluğu ilə barışa bilmirdi. Deyirdi "Elə hey məni çağırır, baba, sənin üçün darıxıram, gəl gedək Şuşaya... Məni tək qoyma..." Bu dəqiqə Xudayar babasına qovuşdu. Nəvəsi üçün çox darıxan Şimşad baba nəvəsinə qovuşdu. İndi onların hər ikisinin ruhu birlikdə Vətən göylərindən boylanır. Yeri behişt olsun, Şimşad babanın".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR