Naxçıvan Ali Məclisinə yeni sədr müavini seçildi

Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 10-cu sessiyasında Ali Məclis sədrinin müavini seçilib.

Mətbuat.az xəbər verir ki, hazırda sessiya davam edir.

Onu da qeyd edək ki, Anar İbrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR