Dünyanın heç bir ölkəsində orta ixtisas təhsil pilləsi yoxdur - Nazir müavini

Orta ixtisas təhsili ali təhsilin bir pilləsi olmayacaq.

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin açılış mərasimində deyib.

O bildirib ki, Avropa kvalifikasiyaları çərçivəsində orta ixtisas təhsili ya natamam ali, ya da qısamüddətli ali təhsil adlanır. Dünyanın heç bir ölkəsində orta ixtisas təhsil pilləsi yoxdur, amma bizim qanunvericilikdə belə bir anlayış var. Buna görə də biz ilk növbədə bu çərçivəni qəbul etmək üçün kvalifikasiyaların tanınmasına şərait yaratmalı, kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə öz müsbət təsirini etməli, beləliklə, yanaşmamızı dəqiqləşdirməliyik.

Həmçinin nazir müavini qeyd edib ki, hazırda "Ali təhsil haqqında" Qanun layihəsi müzakirə edilir. Orada maddələrin birində ali təhsilə aid edilən kvalifikasiyalar maddəsi var. Biz həmin maddədə 5-ci səviyyəni ali təhsilə aid edilən kvalifikasiya səviyyəsi kimi müəyyən etmişik. Dünyada da qəbul edilən bir yanaşmadır. Düşünürəm ki, qanun qəbul ediləcəyi halda, ali təhsilin pilləsi kimi orta ixtisas təhsil pilləsi olmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR