Türk nəhəngləri PSJ-nin ala bilmədiyi ulduz futbolçunu transfer edir

"Fənərbaxça" və "Beşiktaş" “Çelsi”nin ulduz futbolçusu Hakim Ziyeçi transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Çelsi” Ziyeçi satmaq üçün qəti qərar verib. Məlumata görə, “Ayaks”dan 40 milyon avroya alınan Ziyeçin oyunu ingilisləri qane etmir. "Fənərbaxça" və "Beşiktaş"ın Ziyeç üçün nə qədər pul təklif etdiyi məlum deyil.

Qeyd edək ki, mövsümün fasiləsində PSJ Ziyeçi transfer etmək üçün razılığa gəlmişdi. Lakin sənədlərtransfer pəncərəsi bağlanandan bir dəqiqə sonra göndərildiyi üçün transfer reallaşmamışdı. “Tottenham”, “Roma” və “Napoli” kimi klublar da 30 yaşlı futbolçu üçün hərəkətə keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR