Türkiyədə kişi modasını yenidən dizayn edən Hakan Gürsoy Bakıda təltif olundu

Lüks dəvətlərin zərafəti, qonaqların eleqantlığı ilə ölçülür. Zərafətin əsas göstəricisi isə geyimdir. O, Türkiyənin ekslüziv geyimləri ilə moda dünyasına imza atan fashion dizaynerlərindən Hakan Gürsoydur.

İlin ən istedadlı kişi fashion dizayneri Hakan Gürsoy moda sektoruna ilk addımlarını15 il öncə Trabzonda atıb. Karyerasını İstanbulda davam etdirməyə qərar verən fashion dizayner, Nişantaşıdakı Bespoke Tailor mağazası ilə müştərilərinin qarşısına çıxır. Hakan Gürsoy eksklüziv dizaynları ilə kişi dəbində edilməyənləri etməyə çalışır.

HG Bespoke Tailor brendinin qurucusu, hazırda İstanbulda fəaliyyətini davam etdirir.

Kişilərin dərzi seçimi onun xarakteri haqqında çox şey deyir. Zamanla dəb dəyişsə də, dəyişməyən kişi tərzi- Smokin. Smokin dəb deyil, klassikadır. Hakan Gürsoy dizayn etdiyi müxtəlif rəngli- sürməyi, bənövşəyi, tünd qırmızı, çəhrayı smokinləri ilə adından söz etdirir. Təkrarı olmayan dizaynları ilə HG Bespoke Tailor brendi Türkiyənin ən məşhur markaları arasındadır.

Peşəkar fashion dizayner Hakan Gürsoy, 17-18 Mart 2023-cu ildə Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Successful Fashion Designer of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı