ABŞ Ukraynaya silahlı yardım göstərir

ABŞ administrasiyası Ukraynanı münaqişədə qalib gəlməyə imkan verəcək silahlarla təmin edir.

Metbuat.az xəbər verir ki, bu fikirləri çərşənbə axşamı ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

Senatdakı dinləmələrdə nazirə Vaşinqtonun Kiyevi qələbə çalmaq və münaqişəni dayandırmaq üçün lazım olan silahlarla təmin edib etmədiyi barədə sual verilib.

“Bəli, mən belə düşünürəm. Ukraynanın müdafiə nazirinin demək olar ki, hər həftə danışdıqları budur. Təbii ki, biz hər ay 50-yə yaxın ölkənin müdafiə nazirləri ilə görüşür və onlarla Ukraynanın ehtiyaclarını müzakirə edirik”, - deyə nazir cavab verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR