Ötən gün beş kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının mayın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi beş kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan çox heroin, 2,3 kiloqrama yaxın marixuana, həmçinin 220 ədəd güclü təsiredici xassəyə malik həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR