Yeni təyin olunan idarə rəisi bu generalın oğludur

Yeni təyin olunan idarə rəisi generalın oğludur.

Metbuat.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin yeni təyin olunan rəisi polkovnik Orxan Nuriyev ədliyyə nazirinin müavini olan general-mayor Eldar Qasım oğlu Nuriyevin oğludur.

Qeyd edək ki, Eldar Nuriyev 2000-ci ilin oktyabr ayında Baş prokurorunun müavini təyin edilib. 2006-cı ilin aprel ayından 2019-cu ilin noyabr ayınadək Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb.

25 dekabr 2019-cu ildə ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi daşıyır.

Dövlət başçısının 3 fevral 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasına sədr təyin ediib.

O, 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni, Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin, Azərbaycan Ədliyyəsinin, Azərbaycan Polisinin, Azərbaycan Respublikası Prokurorluğunun 100 illiyi xatirə medalları, "Prokurorluğun fəxri işçisi”, digər döş nişanı və fəxri fərmanlarla təltif olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı