İti vurmaq istəmədi, ağır qəzaya düşdü - VİDEO

Bakıda gecə saatlarında sürətli yoldan keçən iti vurmaq istəməyən sürücü ağır qəza törədib.

Metbuat.az xəbər verir ki, aeroport yolu kimi tanınan prospektdə baş vermiş qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən sürətlə hərəkət edən avtomobilin qarşısına qəfil şəkildə itin çıxması və heyvanı vurmaq istəməyən sürücünün idarəetməni itirərək nəqliyyat vasitəsini əvvəlcə yolun ortasındakı, daha sonra sağ kənardakı metal çəpərlərə çırpması əks olunub.

Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR