Kılıçdaroğlunun şəhid cənazəsinə göndərdiyi çələngi parçaladılar - VİDEO

Şırnakda terrorçularla qarşıdurmada şəhid olan hərbçi Bayram Doğanın yaxınları CHP və İYİ Partiya tərəfindən dəfn mərasiminə göndərilən çələnglərə etiraz edib.

Metbuat.az xəbər verir ki, onlar Akşenerin göndərdiyi çələngi ərazidən uzaqlaşdırıb. Kılıçdaroğlunun göndərdiyi çələng isə vətəndaş tərəfindən dağıdılıb. Dəfn mərasimi zamanı PKK terrorçularının əlehyinə şüarlar səsləndirilib.

Qeyd edək ki, seçki kampaniyası müddətində müxalifətin namizədi Kamal Kılıçdaroğlu PKK-nı dəstəkləyən HDP partiyası ilə əməkdaşlıq edib. PKK Kamal Kılıçdaroğluna dəstək ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR