Kılıçdaroğlu dəstək qarşılığına Sinan Oğana bu postu təklif etdi

Türkiyədə ATA blokunun namizədi Sinan Oğanın prezident seçkilərinin ikinci turunda hansı namizədə dəstək verəcəyi maraq doğurur.

Metbuat.az xəbər verir ki, müxalifətin namizədi Kamal Kılıçdaroğlunun seçkini qazanacağı təqdirdə Oğana nazirlik təklif etdiyi bildirilir. Məlumata görə, Sinan Oğan da Kılıçdaroğlu kimi suriyalı qaçqınların Türkiyədə qalmasından narahatdır. Kılıçdaroğlu seçkidə qalib gələcəyi təqdirdə Sinan Oğana qaçqın məsələləri üzrə yeni nazirliyin yaradılmasını və nazir vəzifəsinə özünün gəlməsini təklif edib.

Qeyd edək ki, Sinan Oğan seçkilərin birinci turunda 5,2 faiz səs toplayıb. O Kılıçdaroğludan fərqli olaraq terrora qarşı qəti mövqeyi ilə seçilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR