Tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

Tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
14:48 19 Yanvar 2015
258 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 19 yanvar, Rauf Əliyev, AzərTAc
Naxçıvan Muxtar Respublikasında digər sahələrlə yanaşı, tikinti sahəsinin də sürətlə inkişaf etdiyi indiki dövrdə mərhələdə tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində qanunvericilik bazası təkmilləşdirilir, bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir.
AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 5 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində keçirilən maarifləndirici tədbirdə bu məsələ barədə danışılıb.
Aidiyyəti təşkilatların nümayəndələrinin iştirak etdikləri tədbiri nazir, general-leytenant Şamı Abdullayev açaraq bildirib ki, tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən belə tədbirlərdən biri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin yaradılması olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 27 aprel tarixli Fərmanı ilə “Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi haqqında Əsasnamə” təsdiq edilib. Əsasnaməyə uyğun olaraq, idarə muxtar respublika ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirir. Adıçəkilən idarə 2010-cu ildə yeni inzibati bina ilə təmin olunub.
İdarənin fəaliyyətinin genişləndirilməsi ilə bağlı bu qurumun tərkibində sektor səlahiyyətli mühəndis-geoloji, sement və beton laboratoriyası yaradılıb və bu günədək Türkiyə, İngiltərə, İsveçrə və Rusiya istehsalı olan 98 adda ən müasir sınaq avadanlıqları ilə təchiz olunub.
Qeyd olunub ki, ötən müddətdə həmin idarə tərəfindən muxtar respublika ərazisində tikintisi başa çatdırılmış və davam etməkdə olan bina və qurğuların qeydiyyatı aparılıb, mühəndis-geoloji işlərin aparılması ilə bağlı 79 obyekt ərazisindən quyu və şurf qazma üsulu ilə götürülən qrunt nümunələri analizdən keçirilib, müvafiq hesabatlar hazırlanıb. Tikintidə istifadə olunan tikinti materiallarının dövlət standartlarının tələblərinə cavab verməsinin yoxlanılması məqsədilə idarənin mühəndis-geoloji, sement və beton laboratoriyasında 1252 sayda sınaq keçirilib. Keçirilən sınaqlar zamanı 40 adda tikinti materialları nümunəsinin standartların tələblərinə iradlar bildirilib.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımov məruzəsində adıçəkilən qaydaları izah edib, verilən sualları cavablandırıb.
Məruzə ətrafında müzakirələrdə nazirliyin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədovun, mülki müdafiə işinin təşkili şöbəsinin rəisi Emin Qasımovun çıxışları olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin köməkçisi Kamil Süleymanov tədbirə yekun vuraraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 5 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 yanvar tarixli Qərarı ilə təsdiqlənmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları” barədə danışıb və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görüləcək işlərdən bəhs edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tikintide_tehlukesizliyin_temin_olunmasi_istiqametinde_meqsedyonlu_tedbirler_heyata_kechirilir-825744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR