"Qarabağ" avrokubok üçün hazırlıqlara başladı - İlk addım bu olacaq

"Qarabağ" bu mövsüm avrokuboklarda çıxışına fərqli məkanda start verəcək.

Belə ki, Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyü dəyişdirilir.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, bu səbəbdən Ağdam təmsilçisi Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ev matçını "Azərsun Arena"da oynamalı olacaq.

Artıq rəhbərlik stadionla bağlı bəzi işlər görməyə başlayıb.

Xüsusi ilə tribunalarla bağlı. Media sektorla üzbəüz olan boş məkana hazır kanstruksiyalardan yığılma tribunalar qurlaşdırılacaq.

Bununla da arenaya daha çox tərəfdarın gəlməsi mümkün olacaq.

Bunda əsas məqsəd isə oyunu yayımlayan kanalın çəkilişi üzbəüz tribunadan həyata keçirməsinə şərait yaratmaqdır.

Belədə ekrandan oyunu izləyənlər boş məkan yox, azarkeşlərin cəm olduğu əsas tribunalardakı gözəl mənzərəni görmüş olacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı