Dərslərin sentyabrın 1-dən başlaması məsələsi ilə bağlı RƏSMİ CAVAB

Elm və təhsil naziri Emin Əmrullayevin bir neçə gün öncə səsləndirdiyi bir fikir geniş müzakirə mövzusuna çevrilib. Söhbət məktəblərdə dərslərin sentyabrın 1-i başlamasından gedir.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Xəzər Xəbər"ə deyib ki, dərslərin sentyabrın 15-dən deyil, 1-dən başlamasını təmin etmək lazımdır.

Ekspertin fikrincə, dünya ölkələrində dərslər havanın temperaturuna uyğun şəkildə başlayır. Bu səbəbdən də ölkəmizdə dərslər sentyabrın 1-i başlamalı və mayın 31-i bitməlidir. Çünki Azərbaycanda sentyabrın 1-i ilə 15-i arasındakı hava temperaturu, iyun ayının 1-dən 14-ə qədər olan temperturla eyni deyil.

Kamran Əsədov əlavə edib ki, dərslərin sentyabrın 1-i başlaması həm də 34 həftəlik dərs yükünün tam şəkildə təşkil edilməsinə şərait yaradacaq.

“Qəbul imatahanlarının mart ayında keçirildiyini nəzərə alsaq, bu həm də şagirdlərə imatahan üçün əlavə 2-3 həftə qazandıracaq. Bu qərarın qəbul olunması həm də maliyyə problemlərini də aradan qaldıracaq”, - deyə ekspert bildirib.

Qeyd edək ki, nazir Emin Əmrullayev bugünlərdə çıxışı zamanı təhsil işçisi kimi məktəblərdə tədrisin sentyabrın 1-dən başlamasını daha uyğun hesab edib. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirildi ki, hazırda bu prosesin dəyişdirilməsi müzakirə olunmur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR