İtkin düşən qız mənim övladım deyil - Rasim Tağıyev

"İtkin düşən qız mənim qızım deyil".

Metbuat.az xəbər verir ki, bunu News24.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyev bildirib.

O bildirib ki, itkin düşən qızın onların ailəsi ilə əlaqəsi yoxdur: "Mənim qızım Tağıyeva Ləman Rasim qızıdır. 9 yaşı var. 4-cü sinifdə oxuyur. Uşağımda hazırda evimizdədir. İtkin düşən isə Tağıyeva Əfsanə Mətləb qızıdır. Bizim həmkəndlimizdir. İtkin düşən uşağın mənim qızım olması haqqında yayılan xəbərlər yalandır. Bu məsələdə mənim adımı bilərəkdən hallandırırlar. Bundan əvvəl də belə bir hal yaşamışam. Bununla bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmişəm. Bu xəbələrdə adımın hallanması məni çox əsəbləşdirdi".

Xatırladaq ki, Tovuzda itkin düşən Əfsanə Tağıyevanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qızı olması iddia edilib. Onun evdən qaçması ehtimalının olduğu da qeyd edilib.

13:02

Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Tağıyeva hələ tapılmayıb.

Metbuat.az xəbər verir ki, Reportyor.info-nun yaydığı məlumatda Ə.Tağıyevanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qızı olması bildirilib. Onun evdən qaçması ehtimalının olduğu da qeyd edilib.

Qeyd edək ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi qara, qara və qısa saçlara malikdir, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı