ATA İttifaqının Türkiyə Prezidenti postuna namizədi Sinan Oğan ikinci turla bağlı qərarını açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Sinan Oğan keçirdiyi mətbuat konfransında bildirib.
O, özünün də Ərdoğanı dəstəkləyəcəyini və seçiclərindən də hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana səs vermələrini istəyib.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.