Əməyin Mühafizəsi Mərkəzi hansı səbəbdən yaradılır?

"Prezident İlham Əliyevin yeni Fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətini optimallaşdırılmasına, həmçinin əməyin mühafizəsi və iş yerlərinin attestasiyasının keçirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsinə xidmət edir".

Bu barədə Metbuat.az-a ƏƏSMN-dən bildirilib.

Qeyd edilib ki, fərmanla iki ay müddətində Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində olmaqla “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılacaq:

"Bu barədə dövlət başçısına məlumat veriləcək. Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərəcək, eləcə də bu sahələrdə təlimlər keçirəcək. İşəgötürənlərə əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verilməsini, metodiki dəstəyi təmin edəcək.

Mərkəzin saxlanma xərcləri və fəaliyyəti Dövlət Əməyin Mühafizəsi Fondundan ayırmalar, fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələrdən maliyyələşdiriləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR