İrqçi hücuma məruz qalan futbolçudan "Real"a ŞOK

La Liqanın 35-ci turunda “Valensiya” – “Real Madrid” qarşılaşmasında meydan sahibləri azarkeşlərinin Vinisius Juniora irqçi hücumlarından sonra futbolçu İsapniyadakı kariyerasına son vermək istəyir.

Metbuat.az “Diario Sport”a istinadən xəbər verir ki, futbolçu ciddi formada “Real Madrid”dən ayrılmaq barədə düşünür. Vinisiusun La Liqada oynadığı demək olar ki, hər oyunda irqçi hücumlara məruz qalmaqdan bezdiyi bildirilir.

Qeyd edək ki, oyundan sonra futbolçu "İrqçilərin qazandığı mükafat mənim qovulmağım oldu. Bu futbol deyil, bura La Liqadır" deyib. İspaniya polisi "Real Madrid"in futbolçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlədən üç nəfəri saxlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR