Eşqin Aysunu gözəllik salonunda döyüb - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanənin keçmiş kürəkəni Eşqin Cəlilov həbs edilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, E.Cəlilov Rəqsanənin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə, E.Cəlilov 30 sutka inzibati qaydada həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Eşqin Cəlilov dünən Aysun İsmayılovanın sahibi olduğu gözəllik salonuna gedərək keçmiş xanımını orada döyüb.

Qeyd edək ki, cütlük 2022-ci ilin iyununda ailə həyatı qurub, 2023-cü ilin mayında rəsmi şəkildə boşanıb.

Həmçinin oxuyun: “Aysunu döyüb, söyüşlər söyüb” - Rəqsanə keçmiş kürəkənindən DANIŞDI / VİDEO

"Aysun ailəni oyuncaq elədi" - Eşqin ilk dəfə DANIŞDI


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı