Mbappe və Haland eyni klubda: Böyük transfer əməliyyatı reallaşır

PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq Kylian Mbappe və Erlinq Haland “Real Madrid”də komanda yoldaşı ola bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “goal.com” məlumat verib. İddialara görə, "Real Madrid"in 2024-cü il üçün böyük transfer əməliyyatı planlaşdırır. Plan Mbappe və Halandı transfer etməkdir. Bildirilir ki, Halandın transferi Mbappeyə nisbətən daha realdır. Mbappe “Real Madrid”ə gəlməyi seçərsə, PSJ-dəki qədər məvacib almayacaq. Bildirilir ki, “Real Madrid” rəhbərliyi klubun hazırki oyunundan razı deyil.

Qeyd edək ki, Mbappe və Haland “Real Madrid”də oynamaq istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR