Nə Haland, nə də Mbappe - "Keyn bombası" gəlir

“Real Madrid” klubu transfer siyasətində dəyişiklik edə bilər.

Metbuat.az xəbər verir ki, Erlinq Haland və Kilian Mbappeni transfer etməyə çalışan “Real Madrid” bu futbolçulardan birindən imtina edə bilər. İspaniyanın “Cadena Ser” qəzetinin məlumatına görə, “Real Madrid” “Tottenham”dan gözlənilməz təklif alıb. Bildirilir ki, “Tottenham” hücumçusu Harri Keyni kral klubuna təklif edib. Məlumata görə, La Liqa təmsilçisi bu variantı nəzərdən keçirir. Bildirilir ki, “”Tottenhem”in prezidenti Daniel Levi müqaviləsi 2024-cü ilin yayında başa çatacaq ulduz futbolçunu pulsuz əldən vermək istəmir. Bu səbəbdən o, bu yay Keyni sataraq pul qazanmağı hədəfləyib və ingilis hücumçunu Premyer Liqadan kənar kluba satmaq istəyir.

"Real Madrid" isə bu transferdə mübadilə kimi Eden Hazarddan da istifadə etmək istəyir. “Tottenhem”in belçikalı ulduzu qəbul edib-etməyəcəyi hələlik bəlli deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR