Qubernatordan Trampa güc nümayişi: Bir gündə 8,2 milyon dollar ianə topladı

ABŞ-da 5 noyabr 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasından namizədliyini açıqlayan Florida qubernatoru Ron DeSantis ilk 24 saat ərzində 8,2 milyon dollar ianə toplayıb.

Metbuat.az xəbər verir ki, onun namizədliyini elan etdikdən sonra qısa müddət ərzində bu məbləği toplaması partiyadakı rəqibi, keçmiş prezident Donald Trampa qarşı “güc nümayişi” kimi qiymətləndirilib.

Kampaniyasının rəhbəri Generra Pek bildirib ki, bu məbləğdə ianələrin toplanılmasına səbəb ölkədə Ron DeSantisə olan etimada görədir. Qeyd edək ki, Respublikaçı Florida qubernatoru Ron DeSantis mayın 24-də yayımladığı videomüraciətdə 2024-cü il prezident seçkilərində namizədliyini rəsmən elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR