"İndiki qızlar sosial şəbəkənin verdiyi fürsətdən ustalıqla yararlanırlar" - Psixoloq

Qadın sirlər dünyasıdır. Bu vaxtadək qadınların hislərini, istəklərini və davranışlarını elm tam öyrənə bilməyib. Kişilərdən fəqrli olaraq qadınları anlamaq hər zaman çox çətin olub. Kişilər hər zaman öz hislərini çox asanlıqla ifadə ediblər.

Qadınlarsa bəzən hətta uzun illər bir yerdə yaşadıqları həyat yoldaşlarına belə öz hislərini, istəklərini və sevgilərini tam ifadə edə bilmirlər. Məsələn, hər bir kişi arzulayır ki, hətta küçədə rastlaşdığı gözəl qadın onu süzsün, ona baxsın. Lakin, qadının baxışları çox sirli və işıq sürətli olduğu üçün kişilər bunu anlamaqda çətinlik çəkirlər.

Elm sübut edib ki, qadınlara qarşılarındakı kişini süzmək üçün bir an belə bəs edir. Qadının bir baxışı fotoaparatın saçdığı işıqdan da sürətlidir.

Bəs, qadınlar öz sevgilərini, istəklərini necə biruzə verirlər?

Metbuat.az xəbər verir ki, tanınmış psixoloq Gülnar Orucova bununla bağlı Bizim.Media-ya maraqlı açıqlamalar verib.

O bildirib ki, qadınlar öz hisslərini ifadə etməkdə hər zaman çətinlik çəkiblər:

“Amma zaman dəyişir. Qadınlar daha əvvəlki kimi cəsarətsiz və utancaq deyillər. 20-30 il bundan qabaq qadınlar öz hisslərini daha çox bədən dili ilə ifadə edirdilər. Əvvəllər qadınlar xoşlandıqları kişinin yoluna tez-tez çıxardılar. Məşhur “bulaq başı” ifadəsi də bunun sübutudur. Və üstəlik də bunun da bir təsadüf olduğunu formalaşdırmağa çalışırdılar.

Lakin, qadınlar nə qədər sirli-sehirli olsalar da onlar da bəzən hisslərini çox asanlıqla biruzə verirlər. Məsələn, qadınlar xoşlandıqları kişinin gözünün içinə baxmağa cürət etmirlər.

Qarşısındakı ilə danışanda gözlərini müxtəlif istiqamətlərə qaçırdır, əllərini ovuşdurur, saçlarını oynadırlar. Hətta həyacanlandıqlarını da çox asanlıqla biruzə verirlər”.

Gülnar Orucova onu da qeyd edib ki, indiki qadınlar, xüsusən qızlar öz hislərini ifadə etmək üçün sosial şəbəkələrin verdiyi fürsətdən çox ustalıqla yararlanırlar:

“Sosial şəbəkə üzərindən xoşlandıqları kişiyə bu və ya digər şəkildə mesaj verirlər. Belə ki, kişinin sosial şəbəkə hesabını daima izləyir, onun paylaşımlarına status yazır, layk edirlər. Məsələn, son günlər sosial şəbəkədə ən çox müzakirə olunan mövzulardan biri müğənni Nura Surinin Türkiyə prezidentliyinə namizəd Sinan Oğana sosial şəbəkə üzərindən evlilik təklif etməsidir.

Əminliklə deyə bilərəm ki, üzbəüz şəraitdə müğənni heç zaman özündə bu cəsarəti tapa bilməzdi. Lakin, sosial şəbəkədəki gizlinlik ixtiyari qadını xeyli cəsarətləndirir. Məsələn, istənilən kişi onun sosial şəbəkədəki dostu olan qadınlardan hansının ona gizli sevgi bəslədiyini çox asanlıqla anlaya bilər. Bunun üçün qadınların smayliklərinə baxmaq kifayətdir”.

Psixoloq klassik ənənələrdən də danışıb:

“Qadın xoşladığı kişiyə qarşı çox diqqətcil olur. Söhbət əsnasında ona çox diqqətlə qulaq asır. Və hətta qarşı tərəfin bunu anlamasını da istəyir. Qadın xoşlandığı kişinin zövqünü öyrənməyə çalışır, daha sonra onun zövqünə uyğun geyinir. Hətta istifadə etdiyi ətri və yeməyi də kişinin zövqünə uyğunlaşdırır. Bir sözlə, qadınlar nə qədər sirli olsa da, onları anlamaq üçün alim olmaq lazım deyil. Sadəcə bir qədər diqqətli olan kişi ətrafındakı hansı qadının ondan xoşlandığını öyrənə bilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR