Azərbaycan ərazisində hava şəraitində ciddi dəyişiklik gözlənilmir, bəzi yerlərdə temperatur 15 dərəcəyə yüksələcək

13:37 25 Dekabr 2014
54 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 13:25 ]

Bakı. Könül Kamilqızı – APA. Dekabrın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək, axşam isə şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

 Havanın temperaturu gecə 4-7, gündüz 10-14 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında da sabah əsasən yağmursuz hava" style="line-height: 1.6em;">hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR