"Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi"

Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsinə Türkiyə mediasında geniş yer verilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Türkiyənin əksər televiziyaları və tanınmış xəbər agentlikləri bu xəbəri işıqlandırılıb. Türkiyə mediası prezident Əliyevin təbrikini " Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi" başlığı ilə yayıb.

Türkiyə mediası İlham Əliyevin Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət etməsini də xüsusi vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR