Kılıçdaroğlunun səsvermədən sonra İLK AÇIQLAMASI

"Bu torpaqların insanı olaraq sizin haqqınızın tapdanmasına icazə vermədim, verməyəcəyəm".

Metbuat.az xəbər verir ki, bunu CHP sədri Kamal Kılıçdaroğlu prezident seçkilərinin 2-ci turundan sonra verdiyi açıqlamada deyib.

“Sizdən bir xahişim var, özünüz üçün, övladlarınız üçün, valideynləriniz üçün demokratik mübarizəni davam etdirin. Dövlətin bütün imkanları bir adamın ayağının altına qoyulmuşdu. Bu mühitinə boyun əymədən mübarizə aparan Millət İttifaqına və bütün vətəndaşlarıma təşəkkür edirəm”, - deyə Kılıçdaroğlu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR