İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib. Bununla da oyun ayında qeyri-iş günlərinin sayı məlum olub.

Metbuat.az xəbər verir ki, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Ümumilikdə, 24 (şənbə) və 25 iyun (bazar) günləri iş olacaq, 26, 27, 28, 29, 30 iyun tarixlərində isə iş olmayacaq. Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 gün qeyri-iş günü olacaq.

Qeyd edək, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Nazirlər Kabinetinin qərarına əsasən, bu il iyunun 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR