Emin Ağalarov vəzifəsindən ayrıldı - FOTO

“Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov şirkətdən ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə o “Ria Novosti”yə açıqlamasında bildirib. Emin deyib ki, yeni layihələrinə fokuslanmaq üçün bu addımı atıb.

“Biz atamla ( Araz Ağalarov , "Crocus Group"un sahibi - red.) danışıb birlikdə bu qərarı verdik. Mənim vəzifələrim şirkətin aparıcı top-menecerləri arasında bölüşdürüləcək”, - Ağalarov əlavə edib.

Emin onu da qeyd edib ki, 22 ildir çalışdığı şirkətdə o bir çox aparıcı aparılan layihələrin müəllifi olsa da, hazırda şəxsi planları səbəbindən "Croucus Group"da öncəki illərdə kimi eyni effektivlikdə fəaliyyət göstərə bilmir.

Məlumat üçün bildirək ki, “Crocus Group”, Rusiyanın ən böyük inkişaf etməkdə olan kommersiya şirkətidir. Emin Ağalarov isə 2001-ci ildən fəaliyyətə başladığı şirkətdə, 2014-cü ildən birinci vitse-prezident vəzifəsində çalışmağa başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı