​“WhatsApp”dan yenilik - Qarşı tərəfi izləmək mümkün oldu

“WhatsApp” yeni funksiyasını istifadəyə verib.

Metbuat.az xəbər verir ki, yeni funksiya videozəng zamanı istifadəçilərə ekranlarını paylaşmağa imkan verir. “WABetaInfo”nun məlumatına görə, yenilik hələki test mərhələsindədir. Funksiya “Android 2.23.11.19” versiyasına əlavə edilib. Yeniliyə əsasən videozəng zamanı istifadəçi telefon ekranını ünsiyyətdə olduğu şəxsin görməsinə imkan verə bilər. Bunun üçün idarəetmə panelində yerləşən funksiyanı aktiv etmək lazımdır.

Telefonun ekranı paylaşılanda qarşı tərəfdəki istifadəçi ekranı tamamilə izləyə biləcək. Beta versiyasında istifadəyə verilən funksiya maraqla qarşılanıb. Funksiyadan istifadə etmək üçün hər iki tərəf “WhatsApp”ını yeniləməlidir. İstifadəçilərdən birində “WhatsApp”ın köhnə versiyası varsa funksiya işləməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR