Paşinyan Kişineuda erməni icması ilə görüşü LƏĞV ETDİ

Moldovada rəsmi səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Kişineudakı erməni icması ilə görüşü ləğv edib.

Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, Kişineudakı erməni icmasının rəhbəri Venera Muşeq bəzi təfərrüatları açıqlayıb. Onun sözlərinə görə, görüş iştirakçılarının siyahısında birinci rəhbər kimi onun adı olub, sonra isə adınını üstündən xətt çəkilib.

O, görüşün hansı səbəbdən təxirə salındığını bilmədiyini qeyd edib.

Qeyd edək ki, bu gün Kişineuda İlham Əliyev, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel, Makron Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Nikol Paşinyanın iştirakı ilə beştərəfli görüş keçiriləcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR