Messinin QƏRARI AÇIQLANDI - Bu klubda oynayacaq

PSJ-dən ayrılmağa hazırlaşan Lionel Messi hansı klubda oynayacağı ilə bağlı qərarını verib.

Metbuat.az xəbər verir ki, bu barədə “Relevo” məlumat verib. Bildirilir ki, Lionel Messi “Barselona”ya qayıtmaq qərarına gəlib, lakin argentinalı ulduz keçmiş klubuna 10 gün vaxt verib. Messi "Barselona"nın 10 gün ərzində La Liqa ilə lazımi razılaşmanı tamamlamasını istəyir. Təcrübəli oyunçu transferin La Liqa rəhbərliyi tərəfindən qəbul edilməsinin təsdiqini tələb edir.

Qeyd edək ki, Lionel Messiyə Səudiyyə Ərəbistanı klubundan da təklif göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR