Kişineudakı görüşlə bağlı Dövlət Departamentindən AÇIQLAMA

ABŞ Dövlət Departamenti Kişineudakı görüşü dəyərləndirib.

Metbuat.az xəbər verir ki, adı açıqlanmayan Departament rəsmisi "Amerikanın səsi"nə bildirib ki, davamlı sülhə nail olmaq üçün hər iki tərəfə dəstək olacaqlar:

"Tərəflər arasında aparılan danışıqlarda, o cümlədən liderlərin Kişinyov görüşündə sülh sazişi üzrə əldə edilən davamlı iştirak və irəliləyiş bizi ruhlandırır. Açıq dialoq tərəqqi üçün vacibdir. Danışıqlara biz davam edəcəyik. Tərəfləri dialoqa təşviq etmək və davamlı sülhə nail olmaq üçün çalışdıqları müddətdə tərəfləri dəstəkləyəcəyik".

Xatırladaq ki, dünən Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun qeyri-rəsmi görüş olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR