Ronaldo transferi açıqladı - "Xoş gəldiniz"

Əl-Nəsr”in oyunçusu Kriştiano Ronaldo karyerası barədə danışıb.

Metbuat.az “Goal.com”a istinadən xəbər verir ki, o “Əl-Nəsr”də xoşbəxt olduğunu bildirib. Ronaldo “Əl-Nəsr”də davam etmək istədiyini ifadə edib. Ronaldo Kərim Benzema və Lionel Messinin də Səudiyyə Ərəbistanı liqasına mümkün transferindən danışıb. Ronaldo Benzema və Messi ilə eyni liqada oynayacağına görə xoşbəxt olacağını ifadə edərək, “Xoş gəldiniz. Liqa daha da nüfuz qazanacaq” deyə bildirib.

Qeyd edək ki, Kərim Benzemanın “Əl-İttihad” transfer olmaq üzrə olduğu deyilir. Messinin də “Əl-Hilal”la danışıqlar apardığı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR