Kvaratsxeliya İtaliyada mövsümün ən yaxşı oyunçusu seçildi

İtaliya A Seriyasında 2022/2023 mövsümünün ən yaxşı oyunçusu bəlli olub.

Metbuat.az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya layiq görülüb.

Bundan başqa, ən yaxşı qapıçı İvan Provedel ("Latsio"), ən yaxşı müdafiəçi Kim Min Je ("Napoli"), ən yaxşı yarımmüdafiəçi Nikolo Barella ("İnter"), ən yaxşı hücumçu isə Viktor Osimhen ("Napoli") seçilib.

Qeyd edək ki, bu mövsüm A Seriyasının qalibi "Napoli" komandası olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR