"Qalatasaray"ın əfsanəvi futbolçusu "Ayaks"ın baş məşqçisi ola bilər

Rumıniya millisinin və Türkiyə "Qalatasaray"ının sabiq futbolçusu George Haci Niderlandın "Ayaks" klubunun baş məşqçisi ola bilər.

Metbuat.az "sportbookies.nl" saytına istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Amsterdam təmsilçisinin sükanı arxasına keçməyə əsas namizədlərdən biridir.

Siyahıda onunla yanaşı, Qrem Potter, Yulian Nagelsmann və Peter Bos kimi çalışdırıcıların da adları var.

Təcrübəli mütəxəssis hazırda ölkəsinin "Farul" komandasına başçılıq edir.

Qeyd edək ki, futbolçu kimi 1996-2001-ci illərdə "Qalatasaray"ın formasını geyinən George Haci 2004/2005 və 2010/2011 mövsümündə İstanbul klubunun baş məşqçisi olub. O, "sarı-qırmızılılar"la UEFA Kubokunu (hazırkı Avropa Liqası - E.S) və Superkubokunu qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR