İbrahimoviç karyerasını başa vurdu

İsveçli futbolçu Zlatan İbrahimoviç karyerasını başa vurub.

Metbuat.az xəbər verir ki, o, bu barədə İtaliya çempionatının son turu çərçivəsində keçirilən “Milan” – “Verona” oyunundan (3:1) sonra məlumat verib.

"Futbolla vidalaşıram, hücum, "Milan" və əlvida", - İbrahimoviç qeyd edib. v

Qeyd edək ki, Zlatan 2020-ci ildən "Milan"ın şərəfini qoruyurdu. 41 yaşlı Zlatan İbrahimoviç İtaliya, Niderland, İspaniya və Fransa çempionudur, o, İsveçin “Malmö”, Niderlandın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter”, “Milan”, İspaniyanın “Barselona”, Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" klublarında çıxış edib.

O, İsveç millisinin heyətində 62 qol vurub və komandanın bütün zamanların ən yaxşı bombardiridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR