"İqlimlə bağlı qərarlar tez icra edilməlidir" - BMT nümayəndəsi

“Planetimizin istiləşməsini 1,5 dərəcə ilə məhdudlaşdırmaq ölüm-qalım məsələsidir”.

Metbuat.az xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə İcraçı Katibi Saymon Stiell belə deyib. Almaniyada keçirilən İqlim Dəyişikliyi Konfransının açılışındakı çıxışında o bildirib ki, qlobal istiləşməni 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq üçün işləri davam etdirmək vacibdir.

Elmin iqlim dəyişikliyi üçün ən yaxşı vasitə olduğunu vurğulayan Stiellin sözlərinə görə, iqlimlə bağlı hərəkətə keçmək uzun zaman alır. BMT nümayəndəsi bildirib ki, iqlimlə bağlı qərarlar tez icra edilməlidir.

Qeyd edək ki, iqlim mövzusunda BMT hər il silsilə tədbirlər keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR