"Mən də Zlatan kimi vidalaşmaq istəyirdim" - Burak futboldan getdi

Hollandiyanın “Fortuna Sittard” klubundan ayrılan türkiyəli futbolçu Burak Yılmaz mətbuat konfransı keçirərək futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, futbolçu karyerasını başa vuran Burak Yılmaz karyerası və gələcəyi ilə bağlı bunları deyib:

"Hamınızın bildiyi kimi, dünyanın ən böyük oyunçularından biri Zlatan İbrahimoviç stadionda ağlayaraq, əl yelləyərək vidalaşdı. Mən də belə vidalaşmaq istədim, amma alınmadı. Bu gün karyeramı bitirdiyimi bildirmək istəyirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR