"Su bəndinin uçması təxribatdır" - Peskov

Kremlin sözçüsü Peskov bildirib ki, Kahovka bəndinin uçması Ukraynanın təxribatı nəticəsində baş verib.

Metbuat.az xəbər verir ki, hadisə bağlı Rusiya Prezidenti Vladimir Putinə məlumat verildiyini bildirən Peskov bildirib ki, Putin həm Rusiya Müdafiə Nazirliyindən, həm də digər əlaqədar qurumlardan Kahovka SES ətrafındakı vəziyyətlə bağlı hesabatlar alır. “Biz əminliklə deyə bilərik ki, söhbət Ukrayna tərəfinin qəsdən törətdiyi təxribatdan gedir. Ukrayna bu vəziyyətin nəticələrinə görə bütün məsuliyyəti öz üzərinə götürməlidir” - Peskov deyib.

Qeyd edək ki, Rusiyanın nəzarətindəki Kahovka bəndinin uçması nəticəsində sel baş verib. İnsanlar təxliyə edilir. Ukrayna tərəfi hadisəyə görə Rusiyanı ittiham edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı