Ronaldonu bu qədər alçaldan olmamışdı - "Ancaq kiçik klublara qol vurur"

Səudiyyə Ərəbistanı liqasında 3-cü pillədə qərarlaşan "Əl-Hilal" klubunda köməkçi məşqçi və qısa müddət baş məşqçi işləyən Diaz Kriştiano Ronaldonun krallıqdakı futbolunu dəyərləndirib.

Metbuat.az xəbər verir ki, portuqaliyalı ulduzun "Əl-Hilal"la oyunda "topa toxunmadığı" barədə suala cavab verən Diaz bildirib ki, Ronaldo böyük klublara qarşı fərq yarada bilməyib, kiçik klublara qarşı isə 3-4 qol vurub. Diaz Ronaldo ilə Lionel Messini isə belə müqayisə edib:

“Ronaldo ilə Messi arasında heç bir müqayisə ola bilməz. Ronaldo ilə Messi arasında işıq ili qədər fərq var. Futbolçu kimi heç kim Leo səviyyəsində ola bilməz. Rəqəmlər də bu fikri dəstəkləyir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR