Elçibəyə verilmiş ilk xarici pasport Tarix Müzeyinə təqdim edilib - FOTO

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy dövlət başçısı seçildikdən sonra ona verilmiş ilk xarici pasport Milli Azərbaycan Tarixi Müzeyinə təqdim edilib.

Metbuat.az xəbər verir ki, bu barədə muzeyin icraçı direktoru Fərhad Cabbarov məlumat verib.

Sənədi Milli Məclisin sabiq deputatı, KXCP sədri Mirmahmud Mirəlioğlu verib. Onunla birgə sabiq prezidentin köməkçisi olmuş Ədalət Tahirzadə Muzeyi ziyarət edib.

Ədalət Tahirzadə həmçinin Əbülfəz Elçibəyin öz əli ilə yazdığı tərcümeyi-halı, həmçinin 17 noyabr 1988-ci ildə Azadlıq meydanında ilk dəfə qaldırılan üçrəngli bayraq da muzeyə təqdim olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR