Xersonda suyun hündürlüyü 5 metri keçdi

Ukraynanın Xerson vilayətindəki Rusiyanın nəzarətində olan Kaxovka su bəndinin partladılmasından sonra 600 kvadrat km sahəni su basıb.

Metbuat.az xəbər verir ki, Xerson vilayətinin dövlət administrasiyasının başçısı Aleksandr Proskudin bildirib ki, Dnepr çayının sağ sahilinin 32 faizini, sol sahilinin isə 68 faizini su basıb. Əazidə suyun səviyyəsi 5 metrdən çoxdur. Məlumata görə, ərazindən minlərlə insan təxliyə edilib. Təxliyə işləri davam edir. Qeyd edək ki, sel nəticəsində 7 nəfər itkin düşüb. Rusiya və Ukrayna partlayışa görə bir-birilərini ittiham edir.

Ukrayna tərəfi iddia edir ki, Rusiya Ukrayna ordusunun irəliləməsinə mane olmaq üçün bəndi partladıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR