Gülayın gizli biznesi bu imiş - Aparıcı canlı yayımda AÇIQLADI

Aparıcı Vüsalə Əlizadə müğənni Gülay Zeynallının gizli biznesinin olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, Vüsalənin verilişində sənətçiyə “mal-qara biznesin var idi, ondan danış” sualından müğənni əvvəlcə çaşğınlıq keçirib.

Daha sonra isə sualı belə cavablandırıb:

“Ailə arasında olan söhbət sizə necə çatıb? Neçə il öncə bacıma dedim ki, gəl mal-qara alım verim, saxla həyətində, uşaqlar baxar. Fikirləşdim ki, mal-heyvan tez artır. O da razılaşdı. Bir neçə baş qoyun-quzu alıb verdim. Amma ikigündənbir soruşurdum ki, nə oldu, artmadı qoyunların sayı? Onlar da axırda bezib dedilər, gəl apar bu qoyunlarını, bezdik. İki günə qoyun sayı artar?”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR