Bakıda öz işlədiyi klinikada plastik əməliyyata girən qadın öldü - FOTO

Bakıda “Medera” Hospitalda plastik əməliyyat etdirən qadın vəfat edib.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, sözügedən hadisə ilə əlaqədar bir sıra detallar məlum olub. Bildirilir ki, əməliyyatdan sonra vəfat edən Aygün adlı xanım “Medera” Hospitalda “Resepşn”da işləyirmiş.

O, bir neçə gün öncə elə həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb.

Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.

Xanım ailəli olub, bir qız övladı var.

Sözügedən məsələ ilə bağlı hospitaldan bildirilib ki, Günel Bayramlı hazırda işinə davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı